Qelebə.az / Türkiyədə çıxış edən azərbaycanlı futbolçunun komandası baş məşqçisi ilə vidalaşıb

Türkiyədə çıxış edən azərbaycanlı futbolçunun komandası baş məşqçisi ilə vidalaşıb

4-09-2024, 12:50

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi Türkiyənin "Boluspor" klubu baş məşqçisi Serhat Gülpınarla yollarını ayırıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub mütəxəssislə görüşdən sonra bu qərarın qəbul olunduğunu açıqlayıb.

Qeyd edək ki, "Boluspor" dörd turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb.

Geri qayıt