Qelebə.az / Çempionlar Liqası: "Birbaşa Bakı" növbəti görüşünü keçirib

Çempionlar Liqası: "Birbaşa Bakı" növbəti görüşünü keçirib

6-09-2024, 21:47

Azərbaycanın "Birbaşa Bakı" klubu Polşanın paytaxtı Varşavada təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında üçüncü matçını keçirib.

"QELEBE.AZ" xəbər verir ki, təmsilçimiz Çexiyanın "BKMK Brno" komandası ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, ilk görüşdə İspaniyanın "Malaqa" komandası ilə heç-heçə oynayan "Birbaşa Bakı", ikinci matçda İtaliya "Livorno"sunu 3:1 hesabı ilə məğlub edib.

Geri qayıt