Qelebə.az / Braziliya klubu Niderland millisinin üzvünün transferini açıqlayıb

Braziliya klubu Niderland millisinin üzvünün transferini açıqlayıb

10-09-2024, 11:34

Braziliyanın "Korintians" klubu Niderland millisinin futbolçusu Memfis Depayın transferini açıqlayıb.

"Report" xəbər verir ki, 30 yaşlı hücumçu A Seriyası təmsilçisi ilə 2026-cı ilədək müqavilə bağlayıb.

Qeyd edək ki, Memfis Depay son olaraq İspaniyada "Atletiko"nun formasını geyinib. O, 2023/2024 mövsümündə Madrid klubunda 23 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Forvard Niderland millisində keçirdiyi 98 oyunda 46 qol vurub.

Geri qayıt