Qelebə.az / Azərbaycanın Macarıstandakı səfiri Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb

Azərbaycanın Macarıstandakı səfiri Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb

19-09-2024, 12:38

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb.

Azərbaycan Şahmat Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, səfirlikdə baş tutan görüşdə federasiyanın prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, vitse-prezidenti Faiq Həsənov, baş katibi İlahə Qədimova, eləcə də yığmanın məşqçi heyəti iştirak edib.

Səfir ölkəmizi beynəlxalq yarışlarda təmsil edən Azərbaycan şahmatçılarına uğurlar arzulayıb.

Geri qayıt