Qelebə.az / Azərbaycanın boks millisi Polşada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın boks millisi Polşada beynəlxalq turnirdə iştirak edəcək

23-09-2024, 18:25

Azərbaycanın boks millisi sabah Polşanın Keltse şəhərində Feliks Stammın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

"QELEBE.AZ" xəbər verir ki, yarışda məşqçi Ceyhun Abiyev 2 boksçuya şans verəcək.

Yığma üzvlərindən Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) rinqə çıxacaqlar.

Qeyd edək ki, turnir 4 gün davam edəcək.

Geri qayıt