Qelebə.az / AVF rəsmisi Çempionlar Liqasının təsnifat mərhələsinin oyununa təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasının təsnifat mərhələsinin oyununa təyinat alıb

23-09-2024, 21:38

Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman Çempionlar Liqasının təsnifat mərhələsinin I raundunun oyununa təyinat alıb.

"QELEBE.AZ" xəbər verir ki, o, “Olimpiakos” (Yunanıstan) - “Strumitsa” (Makedoniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Sentyabrın 24-də Yunanıstanın Pirey şəhərində baş tutacaq matçın hakimləri slovakiyalı İqor Porvaznik və polşalı Pavel Burkeviç olacaq.

Geri qayıt