Qelebə.az / "Tottenhem"in baş məşqçisi: Hər oyun üçün böyük rotasiya etmək istəmirik

"Tottenhem"in baş məşqçisi: Hər oyun üçün böyük rotasiya etmək istəmirik

25-09-2024, 17:21

Biz həqiqətən hər oyun üçün böyük rotasiya etmək istəmirik.

"Report" xəbər verir ki, bunu "Tottenhem"in baş məşqçisi Angelos Postekoqlu İngiltərədə "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin I turunun matçından əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis mövsüm ərzində 50-dən çox oyuna çıxacaqlarını bildirib:

"Buna uyğun heyətimiz var. Futbolçuların hamısının bütün qarşılaşmalarda oynamasını gözləməyin. Təxminən 35 görüşdə meydanda ola bilərlər".

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Geri qayıt