Qelebə.az / Azərbaycan millisi Gürcüstanda ikinci yoldaşlıq görüşünü keçirib

Azərbaycan millisi Gürcüstanda ikinci yoldaşlıq görüşünü keçirib

30-09-2024, 15:40

Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Gürcüstanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 27-də keçirilən ilk yoldaşlıq oyunundan da Gürcüstan yığması qalib ayrılmışdı - 4:0.

Geri qayıt