Qelebə.az / "Atletiko"nun futbolçusu "Real"la matçda kəllə-beyin travması alıb

"Atletiko"nun futbolçusu "Real"la matçda kəllə-beyin travması alıb

1-10-2024, 22:58

İspaniyanın "Atletiko" (Madrid) klubunun mərkəz müdafiəçisi Robin Le Normand La Liqanın VIII turunda "Real"la (Madrid) oyunda kəllə-beyin travması alıb.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, o, "Kral klubu"nun yarımmüdafiəçisi Orelen Çuameni ilə toqquşmadan sonra zədələnib.

Futbolçunun sağalma müddəti açıqlanmayıb.

Qeyd edək ki, Le Normant bu mövsüm "Atletiko"da 8 oyun keçirib.

Geri qayıt