Qelebə.az / Mahir Emrelinin komandası doğma meydanda qalib gəlib

Mahir Emrelinin komandası doğma meydanda qalib gəlib

5-10-2024, 17:03

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası doğma meydanda "Proyssen"ə qalib gəlib.

"QELEBE.AZ"un məlumatına görə, qarşılaşma II Bundesliqanın VIII turuna təsadüf edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Nürnberq" səkkiz oyundan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb. Qonaq komanda isə 5 xalla 16-cı sıradadır.

Geri qayıt