Qelebə.az / "Abşeron" Azərbaycan Basketbol Liqasının debütantına uduzub

"Abşeron" Azərbaycan Basketbol Liqasının debütantına uduzub

12-10-2024, 16:00

"Abşeron" basketbol komandası növbəti yoxlama oyununda məğlub olub.

"QELEBE.AZ" xəbər verir ki, rəqib Azərbaycan Basketbol Liqasında ilk dəfə çıxış edəcək "Ordu" kollektivi olub.

Qarşılaşma debütantın qələbəsi ilə bitib - 83:77.

Qeyd edək ki, "Abşeron" daha əvvəl yoxlama matçında "Naxçıvan" və "Gəncə"yə qalib gəlib. Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Geri qayıt