Qelebə.az / Ukrayna şahmatçısı qeyri-adi səbəbə görə yarışdan diskvalifikasiya edilib

Ukrayna şahmatçısı qeyri-adi səbəbə görə yarışdan diskvalifikasiya edilib

14-10-2024, 18:46

Ukrayna şahmatçısı Kirill Şevçenko İspaniyanda keçirilən yarışda tez-tez tualetə getdiyi üçün diskvalifikasiya edilib.

"QELEBE.AZ" "Chess.com"a istinadən xəbər verir ki, 22 yaşlı qrossmeysterin turnirin keçirildiyi yerin tualetində mobil telefondan istifadə etdiyi aşkarlanıb.

Onun görüş zamanı tez-tez tualetə getməsi yarış iştirakçılarında və təşkilatçılarda şübhə yaradıb. Daha sonra Şevçenkonun mobil telefondan istifadə etməsi sübuta yetirilib.

Bu səbəbdən turnirdə Rumıniyanı təmsil edən şahmatçının bütün nəticələri lğv edilib.

Geri qayıt