Qelebə.az / "Roma" və "Napoli"nin keçmiş müdafiəçisi yeni klubundakı ilk oyunda 5 qol vurub

"Roma" və "Napoli"nin keçmiş müdafiəçisi yeni klubundakı ilk oyunda 5 qol vurub

21-10-2024, 12:52

İtaliyanın "Roma" və "Napoli" klublarının keçmiş müdafiəçisi Kostas Manolas yeni transfer olunduğu "Pannaxiaikos"un heyətində meydana hücumçu kimi çıxdığı ilk oyunda 5 qol vurub.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan yığmasının 33 yaşlı keçmiş futbolçusu Regional Liqada "Marpissaikos"la matçda 34 dəqiqə ərzində beş dəfə fərqlənməyi bacarıb.

O, 35-ci dəqiqədə əvəzlənib, komandası isə 12:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, K.Manolas "Roma"nın heyətində 200-dən çox, millidə isə 42 oyun keçirib.

Geri qayıt