Qelebə.az / "Bavariya" öz rekordunu təkrarlayıb

"Bavariya" öz rekordunu təkrarlayıb

28-10-2024, 09:50

Almaniyanın "Bavariya" klubu Bundesliqadakı rekordunu təkrarlayıb.

"Report" "Bayern & Germany"yə istinadən xəbər verir ki, komanda bunu VIII turda "Bohum"la oyunda gerçəkləşdirib.

Paytaxt klubu mövsümün ilk səkkiz matçında 29 qol vurmaqla turnirdəki rekordunu təkrarlayıb. Münhen təmsilçisi daha əvvəl 1976/1977 və 2021/2022 mövsümündə də eyni sayda qol vurmuşdu.

Qeyd edək ki, "Bavariya" səfərdə "Bohum"u 5:0 hesabı ilə məğlub edib. Komanda 8 turdan sonra 20 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Geri qayıt