Qelebə.az / Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb

Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb

4-11-2024, 10:16

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının II mərhələsində “Kayrat” (Qazaxıstan) və “Betis” (İspaniya) arasında baş tutacaq cavab görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, noyabrın 6-da Almatı şəhərində yerləşən “Kayrat” akademiyasının stadionunda keçiriləcək matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.

Geri qayıt