Qelebə.az / Mikayıl Cabbarov dünya çempionatında qızıl medal qazanan güləşçiləri təbrik edib

Mikayıl Cabbarov dünya çempionatında qızıl medal qazanan güləşçiləri təbrik edib

4-11-2024, 10:37

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında üç qızıl medal qazanan yunan-Roma güləşçilərini təbrik edib.

"QELEBE.AZ"un məlumatına görə, o, “X” hesabında millinin titulunu qoruduğunu yazıb.

"Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında güləşçilərimiz 3 qızıl medal qazandılar. Eldəniz Əzizli tarixi uğura imza ataraq, Azərbaycan güləşinin ilk 4 qat dünya çempionu oldu. Nihat Məmmədli və Ülvü Qənizadə isə karyeralarında ilk dəfə dünya çempionatında qalib gəldilər. Yunan-Roma güləşi millimiz titulunu qorudu və ikinci dəfə komanda hesabında dünya çempionu oldu. Tarixi uğurlar münasibətilə güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik", - deyə paylaşımda bildirilib.

#Albaniya-nın paytaxtı Tiranada keçirilən dünya çempionatında #güləş-çilərimiz 3 qızıl medal qazandılar.

Eldəniz Əzizli tarixi uğura imza ataraq, #Azərbaycan güləşinin ilk 4 qat dünya çempionu oldu. Nihat Məmmədli və Ülvü Qənizadə isə karyeralarında ilk dəfə #dünyaçempionatı-nda… pic.twitter.com/0qyoYo9V4N

— Mikayil Jabbarov (@MikayilJabbarov) November 4, 2024
Geri qayıt