Qelebə.az / Türkiyə Superliqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb

Türkiyə Superliqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb

6-11-2024, 18:20

Türkiyə Superliqa təmsilçisi "Kasımpaşa" baş məşqçisi Sami Uğurlu ilə yollarını ayırıb.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

O, 2023-cü ildən İstanbul təmsilçisinin baş məşqçisi vəzifəsində çalışırdı.

Qeyd edək ki, "Kasımpaşa" Türkiyə çempionatında 14 xalla 9-cu sırada qərarlaşıb.

Geri qayıt