Qelebə.az / UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyununda hesab bərabərləşib - YENİLƏNİB-2

UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyununda hesab bərabərləşib - YENİLƏNİB-2

7-11-2024, 22:28

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab bərabərləşib.

"Report" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda meydan sahibləri "status-kvo"nu bərpa edib - 1:1.

41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

22:09

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi hesabı açıb.

22-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.

21:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Bude şəhərindəki "Aspmira" stadionunda keçirilir.

Matçı portuqaliyalı baş hakim Luiş Qodinyu idarə edir.

Geri qayıt