Qelebə.az / "Şamaxı"nın futbolçusu: "Neftçi" ilə matçda bərabərlik bizim üçün yaxşı nəticə idi"

"Şamaxı"nın futbolçusu: "Neftçi" ilə matçda bərabərlik bizim üçün yaxşı nəticə idi"

9-11-2024, 17:54

"Neftçi" ilə matçda bərabərlik bizim üçün yaxşı nəticə idi.

Bunu "QELEBE.AZ"a açıqlamasında "Şamaxı"nın futbolçusu Brahim Konate deyib.

Malili futbolçu Misli Premyer Liqasının XIII turunun açılış oyununda qarşılaşdıqları "Neftçi" oyunu barədə danışıb:

"Qarşılaşmaya yaxşı başlamadıq. Start fitindən dərhal sonra 2 qol buraxdıq. Bununla belə, komandamız xarakter nümayiş etdirərək matçda geridönüş yarada bildi. Görüşə pis başladığımızı nəzərə alsaq, bərabərlik bizim üçün yaxşı nəticə idi".

Yarımmüdafiəçi vurduğu qolu şərh edib:

"Komanda yoldaşım Rüfət Abbasov çox yaxşı ötürmə etdi. Təbii ki, mən də topu özümdə çox yaxşı saxladım və qapıçını nəzarətdə saxlıyaraq, zərbə endirdim".

Geri qayıt