Qelebə.az / Argentina millisinin sabiq baş məşqçisinin yeni klubu müəyyənləşib

Argentina millisinin sabiq baş məşqçisinin yeni klubu müəyyənləşib

12-11-2024, 09:10

Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaolinin yeni klubu müəyyənləşib

"Report" xəbər verir ki, Fransanın "Renn" klubu mütəxəssislə müqavilə imzaladıqlarını açıqlayıb.

64 yaşlı məşqçinin klubla müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, X.Sampaoli Argentina millisi ilə yanaşı, "Flamenqo", "Atletiko Mineyro", "Santos" ( hamısı Braziliya), "Sevilya" (İspaniya) və "Marsel"i (Fransa) çalışdırıb. "Renn" klubu hazırda 11 xalla Fransa Liqa 1-də 13-cü yerdədir.

Geri qayıt