Qelebə.az / Məşhur futbolçu Ronaldinyo Bakıya gəlib

Məşhur futbolçu Ronaldinyo Bakıya gəlib

12-11-2024, 22:36

Braziliya millisinin heyətində dünya çempionu olmuş məşhur futbolçu Ronaldinyo Bakıya gəlib.

"Report"un məlumatına görə, o, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə ölkəmizə səfər edib.

Ronaldinyonu hava limanında idman ictimaiyyəti, rəsmi şəxslər və media mənsubları qarşılayıblar.

FOTO: Ramin Şahbazov

Geri qayıt