Qelebə.az / UEFA Millətlər Liqası: Qazaxıstan millisinin B Liqasını tərk edəcəyi dəqiqləşib

UEFA Millətlər Liqası: Qazaxıstan millisinin B Liqasını tərk edəcəyi dəqiqləşib

14-11-2024, 21:24

Qazaxıstan yığmasının UEFA Millətlər Liqasında B Liqasını tərk edəcəyi dəqiqləşib.

"QELEBE.AZ" xəbər verir ki, V turda Avstriya ilə qarşılaşan Stanislav Çerçesovun rəhbərlik etdiyi seçmə 0:2 hesabı ilə məğlub olaraq C Liqasına yuvarlanıb.

Bu, millinin rusiyalı mütəxəssisin rəhbərliyi altında ardıcıl aldığı dördüncü məğlubiyyət olub.

Qeyd edək ki, Qazaxıstan B Liqasının üçüncü qrupunda 1 xalla sonuncu sırada qərarlaşıb.

Geri qayıt