Qelebə.az / “Qarabağ” klubu Avropa Kubokunda növbəti matçını keçirib

“Qarabağ” klubu Avropa Kubokunda növbəti matçını keçirib

16-11-2024, 15:48

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu Avropa Kubokunda bu gün növbəti matçını keçirib.

“Report” xəbər verir ki, təmsilçimiz yarışın III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə üz-üzə gəlib.

Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 20:33.

Komandalar arasında cavab oyunu sabah eyni məkanda baş tutacaq.

Geri qayıt