Qelebə.az / Azərbaycan millisi İsveçlə oyunöncəsi son məşqinə çıxıb

Azərbaycan millisi İsveçlə oyunöncəsi son məşqinə çıxıb

18-11-2024, 21:14

Azərbaycan milli komandası İsveçlə sabahkı oyun ərəfəsində Solna şəhərindəki "Friends Arena" stadionunda son məşqinə çıxıb.

"Report"un İsveçə ezam olunan əməkdaşı xəbər verir ki, yerli vaxtla 18:00-da başlayan məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Qeyd edək ki, İsveç - Azərbaycan matçı noyabrın 19-da Solnada keçiriləcək və Bakı vaxtilə saat 23.45-da başlayacaq.

Geri qayıt