Qelebə.az / Azərbaycan millisini səfər matçında 200-ə yaxın azarkeş dəstəkləyir

Azərbaycan millisini səfər matçında 200-ə yaxın azarkeş dəstəkləyir

19-11-2024, 23:53

Azərbaycan millisi səfərdə İsveçə qarşı keçirdiyi UEFA Millətlər Liqasının sonuncu turunun oyununda dəstəksiz qalmayıb.

"QELEBE.AZ"un İsveçə ezam olunan əməkdaşı xəbər verir ki, tribunada 200-ə yaxın həmyerlimiz yer alıb.

Qeyd edək ki, “Stroberri Arena"dakı qarşılaşmada hələlik hesab açılmayıb. Meydan sahibləri C Liqasının I qrupunda 13 xalla liderdir. Komandamız isə 1 xalla sonuncu - dördüncü sırada qərarlaşıb.

Geri qayıt