Qelebə.az / Del Pyero İtaliya Futbol Federasiyasının prezidenti olmaq niyyətindədir

Del Pyero İtaliya Futbol Federasiyasının prezidenti olmaq niyyətindədir

25-11-2024, 16:34

"Yuventus" klubunun sabiq yarımmüdafiəçisi Alessandro Del Pyero İtaliya Futbol Federasiyasının prezidenti olmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.

İtaliya futbolunun 50 yaşlı əfsanəsi fevralın 3-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək imkanını dəyərləndirir. Namizədlərin adları dekabrın 25-dək rəsmiləşəcək.

Qeyd edək ki, Del Pyero İtaliya yığmasında meydana çıxdığı 91 oyunda 27 qol vurub. O, 1993-cü ildən 2012-ci ilə qədər "Yuventus"un formasını geyinib.

Geri qayıt