Qelebə.az / Azərbaycanlı hakimlər avrokubok oyununa təyinat alıblar

Azərbaycanlı hakimlər avrokubok oyununa təyinat alıblar

25-11-2024, 18:07

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar.

"Report" xəbər verir ki, təcrübəli referilər kişi həndbolçuların EHF Avropa Kubokunun üçüncü mərhələsinin “Vardar” (Şimali Makedoniya) - “Melzungen” (Almaniya) matçında ədaləti qoruyacaqlar.

Qeyd edək ki, görüş noyabrın 26-da Şimali Makedoniyanın paytaxtı Skopyedəki "Yane Sandanski" arenasında keçiriləcək.

Geri qayıt