Qelebə.az / "Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

13-11-2022, 18:37

"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov zədələnib.

"Report"un məlumatına görə, 31 yaşlı müdafiəçi səfərdə "Sabah"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XIV turunun mərkəzi matçında sıradan çıxıb.

Ayağından xəsarət alan təcrübəli oyunçu görüşü davam etdirə bilməyib və 70-ci dəqiqədə Kevin Medina ilə əvəzlənib.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda hesab açılmayıb.

Geri qayıt