Qelebə.az / "Real"ın üzvü La Liqada noyabrın ən yaxşı oyunçusu seçilib

"Real"ın üzvü La Liqada noyabrın ən yaxşı oyunçusu seçilib

29-11-2024, 22:22

İspaniyanın "Real" (Madrid) klubunun vinqeri Vinisius Junior La Liqada noyabrın ən yaxşı oyunçusu seçilib.

"Report" xəbər verir ki, 24 yaşlı futbolçu ötən ay 2 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, braziliyalı oyunçu ümumilikdə cari mövsüm ərzində 18 matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 12 dəfə fərqlənməyi bacarıb.

Geri qayıt