Qelebə.az / Azərbaycan millisi Rusiya yığması ilə ikinci yoldaşlıq oyununu keçirəcək

Azərbaycan millisi Rusiya yığması ilə ikinci yoldaşlıq oyununu keçirəcək

2-12-2024, 09:07

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Rusiya yığması ilə növbəti yoldaşlıq oyununu keçirəcək.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə səfərdə üz-üzə gələcək.

“Soçi” klubunun məşq bazasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşün baş hakimi tacikistanlı Nodira Mirzoyeva olacaq.

Qeyd edək ki, noyabrın 28-də təşkil olunan ilk oyunda Rusiya millisi qələbə qazanıb - 1:0

Geri qayıt