Qelebə.az / İsveç millisinin futbolçusu 2024-cü ildə 60-cı qolunu vurub

İsveç millisinin futbolçusu 2024-cü ildə 60-cı qolunu vurub

6-12-2024, 10:03

Portuqaliyanın "Sportinq" klubunun və İsveç millisinin futbolçusu Viktor Dyekereş 2024-cü ildə 60-cı qolunu vurub.

"QELEBE.AZ"un məlumatına görə, hücumçu bunu Portuqaliya çempionatının XIII turunda "Moreyrense" ilə matçda gerçəkləşdirib.

V.Dyekereş "Sportinq"in 1:2 hesablı məğlubiyyəti ilə başa çatan görüşün 12-ci dəqiqəsində fərqlənib. O, 60 qoldan onunu millinin heyətində vurub.

Qeyd edək ki, "Sportinq" hazırda 33 xalla Portuqaliya çempionatının turnir cədvəlində liderdir. V.Dyekereş 17 qolla bombardirlər siyahısına başçılıq edir.

Geri qayıt