Qelebə.az / Türkiyə Kuboku: Renat Dadaşovun komandasının rəqibi bəlli olub

Türkiyə Kuboku: Renat Dadaşovun komandasının rəqibi bəlli olub

6-12-2024, 17:30

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" komandasının Türkiyə Kubokunda növbəti rəqibi bəlli olub.

"Report"un məlumatına görə, paytaxt klubu püşkatmanın nəticəsinə əsasən V turda II Liqa təmsilçisi "Menemen" ilə üz-üzə gələcək.

Bu raundun görüşləri 17,18 və 19-da dekabrda gerçəkləşəcək.

Qeyd edək ki, "Ankaragücü" əvvəlki mərhələdə "Karşıyaka"ya qalib gəlib - 2:1.

Geri qayıt