Qelebə.az / Premyer Liqa: “Zirə” “Turan Tovuz”la heç-heçə edib

Premyer Liqa: “Zirə” “Turan Tovuz”la heç-heçə edib

15-12-2024, 17:51

Misli Premyer Liqasının XVII turunda “Zirə” “Turan Tovuz”la heç-heçə edib.

“QELEBE.AZ” xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra hərəyə 1 xal qazanan komandaların turnir cədvəlindəki mövqeyində dəyişiklik olmayıb. "Zirə" 27 xalla dördüncü, "Turan Tovuz" isə 31 xalla üçüncü pillədə qalıb.

Qeyd edək ki, turun ötən gün keçirilən oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail” görüşü isə qolsuz bitib.

Geri qayıt