Qelebə.az / Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

15-11-2022, 17:15

"Biz belə matçlara yoldaşlıq görüşü kimi baxmırıq. Çox ciddi hazırlaşırıq. Bu, meydanda da nəzərə çarpacaq".

"Report"un məlumatına görə, bu fikirləri Moldova millisinin futbolçusu Yoan-Kelin Revenko keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı federasiyanın rəsmi saytına müsahibəsində deyib.

22 yaşlı müdafiəçi Azərbaycan millisini təhlik etdiklərini bildirib: "Çətin qarşılaşma olacaq. Onların yaxşı komandası var. Rumıniya haqqında hələlik məlumat almamışıq. İlk matça hazırlaşırıq. Rumıniya çempionatını izləyirən. Bu rəqib də yaxşı komandaya malikdir".

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova seçməsi, 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.

Geri qayıt