Qelebə.az / "Mançester Yunayted"in futbolçusu 3 ay yaşıl meydanlardan kənarda qalacaq

"Mançester Yunayted"in futbolçusu 3 ay yaşıl meydanlardan kənarda qalacaq

23-12-2024, 18:56

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Meyson Maunt 3 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.

"Report" "UTD Menace"yə istinadən xəbər verir ki, o, Premyer Liqanın XVI turunda baş tutan "Mançester Siti" ilə matçın (2:1) 14-cü dəqiqəsində zədələnib.

Müayinədən sonra onun 2025-ci ilin ilk aylarında meydana çıxa bilməyəcəyi müəyyənləşib.

Qeyd edək ki, Meyson Maunt cari mövsüm "qırmızı şeytanlar"ın heyətndə 13 görüşdə meydana çıxıb.

Geri qayıt