Qelebə.az / Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatının görüşləri matəm günü ilə əlaqədar təxirə salınıb

Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatının görüşləri matəm günü ilə əlaqədar təxirə salınıb

25-12-2024, 17:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında isə Azərbaycan çempionatının dekabrın 26-na təsadüf edən görüşləri matəm günü ilə bağlı təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar sabahkı görüşlər dekabrın 27-də baş tutacaq.

Qeyd edək ki, yarışa dekabrın 29-da yekun vurulacaq.

Geri qayıt