Qelebə.az / Azərbaycan Basketbol Liqası: IX turun daha bir oyunu keçirilib

Azərbaycan Basketbol Liqası: IX turun daha bir oyunu keçirilib

25-12-2024, 17:47

Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, günün ilk matçında "Ordu" "Lənkəran"ı məğlub edib.

Qarşılaşma 99:51 hesabı ilə başa çatıb.

B qrupunda xallarının sayını 15-ə çatdıran "Ordu" liderdir. 10 xalı olan bölgə təmsilçisi beşinci sıradadır. Günün ikinci görüşündə A qrupunda "Neftçi" və "Sərhədçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, ötən gün "Sabah" NTD-yə qalib gəlib - 94:68. Tura dekabrın 27-də yekun vurulacaq.

Geri qayıt