Qelebə.az / "Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb

"Sabah" legioneri ilə müqavilənin müddətini uzadıb

16-11-2022, 16:22

“Sabah” klubu futbolçusu Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb.

Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq sözləşmə müddəti artırılıb.

Yeni anlaşmanın müddəti 1+1 illikdir.

Coy-Lens Mikels 2021-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Oyunçu “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.

Geri qayıt