Qelebə.az / "Neftçi" ilə Azərbaycan çempionu olmuş futbolçunun yeni klubu müəyyənləşib

"Neftçi" ilə Azərbaycan çempionu olmuş futbolçunun yeni klubu müəyyənləşib

26-12-2024, 16:03

"Neftçi" ilə Azərbaycan çempionu olmuş albaniyalı futbolçu Bruno Teluşinin yeni klubu müəyyənləşib.

"QELEBE.AZ"un məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi ölkəsinin "Flamurtari" komandasına keçib.

O, 2011-2017-ci illər aralığında da bu komandanın uğurları üçün çalışıb və 2013/2014 mövsümündə Albaniya Kubokunu qazanıb.

Qeyd edək ki, Bruno Teluşi 2020/2021 mövsümündə "Neftçi"nin heyətində Azərbaycan Premyer Liqasının qalibi olub.

Geri qayıt