Qelebə.az / "Mançester Siti"nin futbolçusu Bundesliqa klubuna transfer olunub

"Mançester Siti"nin futbolçusu Bundesliqa klubuna transfer olunub

6-01-2025, 18:31

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu İssa Kabore Almaniya Bundesliqasında çıxış edən "Verder"ə transfer olunub.

"QELEBE.AZ" "şəhərlilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, burkina-fasolu müdafiəçi icarə əsasında cari mövsümün sonuna qədər Bremen təmsilçisinin heyətində forma geyinəcək.

23 yaşlı oyunçu mövsümün ilk yarısında "Benfika"nın (Portuqaliya) uğurları üçün çalışıb.

Geri qayıt