Qelebə.az / "Liverpul" və "Tottenhem"in sabiq futbolçusu Macarıstan klubunun baş məşqçisi təyin olunub

"Liverpul" və "Tottenhem"in sabiq futbolçusu Macarıstan klubunun baş məşqçisi təyin olunub

6-01-2025, 20:23

İrlandiya millisində çıxış etmiş İngiltərənin "Liverpul" və "Tottenhem" klublarının sabiq hücumçusu Robbi Kin Macarıstan təmsilçisi "Ferentsvaroş"un baş məşqçisi təyin olunub.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "ağ-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssis bu postda ötən ildən komandaya rəhbərlik edən Paskal Yanseni əvəzləyib.

Qeyd edək ki, R.Kin son olaraq İsrailin "Makkabi" klubunu çalışdırıb.

Geri qayıt