Qelebə.az / "Fənərbağça" bu mövsüm Türkiyə Kubokuna qatılacağını açıqlayıb

"Fənərbağça" bu mövsüm Türkiyə Kubokuna qatılacağını açıqlayıb

8-01-2025, 19:05

"Fənərbağça" klubu bu mövsüm futbol üzrə Türkiyə Kubokuna qatılacağını açıqlayıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç keçirdiyi mətbuat konfransında bildirib.

"Türkiyə Kubokunun oyunlarında iştirak edəcəyik Meydana U-19 komandası ilə deyil, baş məşqçimizin uyğun hesab etdiyi heyətlə çıxacağıq. Əgər işlər qaydasında getməzsə, geri çəkilmək hüququmuz var”, - deyə o, söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl "Fənərbağça" Türkiyə Futbol Federasiyasına ölkə kubokunda iştirak etməməklə bağlı məktub ünvanlamışdı.

Geri qayıt