Qelebə.az / "Turan Tovuz” bu gün Türkiyədə ilk yoxlama matçını keçirəcək

"Turan Tovuz” bu gün Türkiyədə ilk yoxlama matçını keçirəcək

9-01-2025, 13:10

“Turan Tovuz” klubu bu gün Türkiyədə ilk yoxlama matçını keçirəcək.

“Report” xəbər verir ki, Tovuz təmsilçisi Antalyada Rumıniyanın “Qloriya" (Buzeu) komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Bu gün “Şamaxı” və “Zirə” də yoxlama matçında qüvvələrini sınayacaqlar. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşə saat 16:00-da start veriləcək.

Geri qayıt