Qelebə.az / "Mançester Yunayted" futbolçusu ilə müqavilə müddətini artırıb

"Mançester Yunayted" futbolçusu ilə müqavilə müddətini artırıb

9-01-2025, 22:32

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Amad Diallonun müqavilə müddətini artırıb.

"QELEBE.AZ" "qırmızı şeytanlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, kot-dİvuarlı futbolçu bu mövsüm ümumilikdə "Mançester Yunayted"in heyətində 28 oyunda 6 qol vurub.

Geri qayıt