Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI tura start verilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI tura start verilib

17-01-2025, 19:41

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI tura start verilib.

"QELEBE.AZ"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında “Murov Az Terminal” MOİK-i, ardınca isə "Azərreyl" "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.

Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşıb.

Yanvarın 18-də, saat 18:00-da isə "Xilasedici" və "Gənclər" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Geri qayıt