Qelebə.az / Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub

Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub

21-01-2025, 20:25

Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan oyunlarda “Murov Az Terminal”, "Azərreyl"i 3:2, “Milli Aviasiya Akademiyası” isə “Gəncə”ni 3:0 hesablı məğlub edib.

UNEC Voleybol Klubunun idman zalında keçirilən UNEC və “Abşeron” matçında isə birincilər 3:0 hesablı qələbəyə sevinib.

Geri qayıt