Qelebə.az / Azərbaycan klubunun futzalçısı 5 oyunluq diskvalifikasiya olunub

Azərbaycan klubunun futzalçısı 5 oyunluq diskvalifikasiya olunub

23-01-2025, 14:02

Azərbaycanın "Star Kargo" klubunun futzalçısı Qərib İbrahimov 5 oyunluq diskvalifikasiya olunub.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Q.İbrahimovun cəzalanmasına Azərbaycan Kubokunun 1/4 finalında “Neftçi” İK klubuna qarşı matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadəyə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə fiziki təzyiq göstərməsi səbəb olub.

Geri qayıt