Qelebə.az / "Çelsi" Qazaxıstanın gənclərdən ibarət millisinin hücumçusunu transfer edəcək

"Çelsi" Qazaxıstanın gənclərdən ibarət millisinin hücumçusunu transfer edəcək

23-01-2025, 20:25

İngiltərə təmsilçisi "Çelsi" “Kayrat”ın və Qazaxıstanın gənclərdən ibarət millisinin hücumçusu Dastan Satpaevi transfer edəcək.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bu keçid "zadəganlar"a 4,3 milyon avroya başa gələcək.

Hazırda 16 yaşı olan oyunçu ilə 5 illik müqavilə imzalanacaq. Satpaevlə sözləşmə 2026-cı ilin avqustunda, onun 18 yaşı tamam olanda qüvvəyə minəcək.

Geri qayıt