Qelebə.az / "Yuventus" futbolçusu ilə yollarını ayırdığını açıqlayıb

"Yuventus" futbolçusu ilə yollarını ayırdığını açıqlayıb

27-01-2025, 17:00

İtaliya təmsilçisi "Yuventus" futbolçusu Danilo ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, braziliyalı oyunçu 2019-cu ildən Turin komandasının şərəfini qoruyurdu. O, "Yuventus"un heyətində ümumilikdə 213 oyuna çıxıb və 9 qol vurub.

Geri qayıt