Qelebə.az / Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

3-09-2022, 19:30

Minifutbol üzrə Azərbaycan çempionu "Birbaşa"nın Monteneqronun paytaxtı Podqoritsada keçirilən EMF Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib.

"QELEBE.AZ"un məlumatına görə, bu, Bosniya və Herseqovinanın "Sipa" kollektivini penaltilər seriyasında məğlub edən meydan sahibi "Dadi Qradnya" (Monteneqro) komandası olub.

Qeyd edək ki, "Birbaşa" – "Dadi Qradnya" görüşü sentyabrın 3-də keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun "CBC Sport" telekanalı vasitəsilə canlı göstəriləcək.

Geri qayıt